20 oktyabr - Azərbaycanda Energetiklər Günü münasibətilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Gilavar Foto Klubu ilə birgə “İşıqlı Azərbaycan Fotolarda” adlı foto müsabiqə keçirib.
Müsabiqənin əsas məqsədi həvəskar və peşəkar fotoqrafların baxışlarında Azərbaycanın müxtəlif məkanlarının inkişafını işıq mövzusu əsasında təqdim etmək, elektrik işıqları ilə bağlı olan yaradıcı fotoların çəkilməsinə təkan vermək, hər şəhər və rayonumuzun öz gözəlliyini işıq mövzusu altında çəkmək və bu gözəllikləri insanlarımıza tanıtmaq olub.
Yarışma ilə bağlı bütün təşkilati məsələlər, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarət “Azərişıq” ASC-nin nümayəndəsinin iştirakı ilə Gilavar Foto Klubu tərəfindən həyata keçirilib. Fotoqrafların işləri İtaliya, Misir, Hindistan və Şimali Makedoniyadan olan dörd nəfərdən ibarət peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqənin şərtləri beynəlxalq foto təşkilatlarının qayda və prinsiplərinə uyğun şəkildə təşkil olunub.
Müsabiqəyə 42 yerli fotoqraf tərəfindən 146 foto təqdim olunub. Müsabiqədə ən çox bal toplamış 14 müəllif qalib seçilib. Kərim Abbasov 1-ci yer, Murad Orucov və Vüqar İbadov 2-ci yer, Nurlan Tahirli, Səma Zeynalova və Aleksandr Firstov 3-cü yer, Mahir Rüstəmli, Tapdıq Abdullayev, Nadejda Cavadova, Roman İsmayılov, Cəlal Firidunov, Araz Talıbov, Ehtiram Cəbiyev və İlkin Nəbiyev isə həvəsləndirici mükafata layiq görülüb. Qaliblər eləcə də “Azərişıq”ASC və Gilavar Foto Klubu tərəfindən sertifikatlar əldə ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il oktyabrın 13-də imzaladığı Sərəncamla “Energetiklər Günü” peşə bayramı təsis olunub. Hər il oktyabrın 20-si Azərbaycanda Energetiklər Günü peşə bayramı kimi qeyd olunur.
Digər xəbərlər
- Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 Aprel 2026
- “Azərişıq” ASC “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən 3-cü dəfə ardıcıl olaraq birinci yerə layiq görülüb 23 Fevral 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026
- “Azərişıq” ASC cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir 21 Yanvar 2026