Müəllifi Mehriban xanım Əliyevanın olduğu "İşıqlandırma" layihəsindən bəhs edilən məqalədə layihə çərçivəsində görülən işlər və layihəyə dəstək verən bir neçə şirkət və qurumlarla yanaşı "Azərişıq" ASC-nin fəaliyyəti də xüsusilə vurğulanıb.
Haqqın.az Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “İşıqlandırma” layihəsi haqqında məqalə dərc edib. Məqalədə layihənin Bakı, Sumqayıt şəhərlərinin və Şamaxı rayonunun ümumilikdə 12 ərazisini əhatə etməsi, təkcə paytaxtın 550 küçəsində intensiv şəkildə abadlıq işlərinin aparılması qeyd edilib.
Sözügedən məqalədə “Bakı Abadlıq Mərkəzi”, “Philips” firması və "Azərişıq" ASC-nin də yer aldığı “İşıqlandırma” layihəsinin gedişatından - layihə çərçivəsində görülən işlərdən danışılıb və abadlıq işləri aparılan ərazilərin son vəziyyətləri barədə fotolar yerləşdirilib.
Qeyd edək ki, "Azərişıq" ASC tərəfindən layihə çərçivəsində yenidənqurma işləri aparılan ərazilərdə işıqlandırma sistemlərinin yenilənməsi həyata keçirilib.
Mənbə: https://haqqin.az/news/189418
Digər xəbərlər
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 23 Aprel 2026
- Lənkəranın bu ərazilərində fasilə yaranacaq 06 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 19 Fevral 2026
- “Azərişıq” ASC leysan xarakterli yağışların yaratdığı fəsadları aradan qaldırmaq üçün 24 saatlıq gücləndirilmiş iş rejimində çalışır 03 Aprel 2026
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib 25 Fevral 2026