Elektrik enerjisinin istehlakı zamanı yaranan itkilərə şəbəkədə ölçmə və uçot sistemlərində baş verən kənar müdaxilələr nəzərdə tutulur. İtkilərinin aradan qaldırılması üçün ilk növbədə onları yaradan səbəblər müəyyən edilir. Belə ki, bəzi hallarda istehlakçılar sayğaclara qeyri-qanuni müdaxilələr edərək enerji sərfiyyatını az göstərməyə çalışırlar. Buna misal olaraq elektrik xəttinə elektrik enerjisi sayğacından kənar birbaşa qoşularaq istifadə, sayğaclara elektron və ya maqnetik müdaxilə kimi halları göstərmək olar.
İtkiləri daim diqqət mərkəzində saxlamaqla yanaşı, qarşısının alınması üçün Səhmdar Cəmiyyət tərəfindən müntəzəm olaraq aşağıdakı tədbirlər görülür:
•Smart sayğacların quraşdırılması – müasir texnologiyadan istifadə etməklə enerji sərfiyyatının dəqiq və uzaqdan izlənilməsi.
•Müntəzəm yoxlamalar və auditlər – qanunsuz qoşulmaları aşkar etmək üçün mütəmadi monitorinq aparılması.
•Hüquqi müstəvidə tədbirlərin gücləndirilməsi – elektrik enerjisinin qanunsuz istifadəsi ilə bağlı normativ hüquqi sənədlərin təkmilləşdirilməsi üzrə işlərin aparılması və ciddi nəzarət mexanizmlərinin yaradılması.
•İctimai maarifləndirmə və təbliğat – istehlakçılarla elektrik enerjisindən düzgün istifadəsinə dair maarifləndirmə işlərinin aparılması və qanunsuz istifadənin zərərləri barədə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi.
İtkilərinin azaldılması enerji sektorunda maliyyə dayanıqlığını, rentabelliyi artırır və enerjinin daha səmərəli paylanmasına təminat yaradır.
Digər xəbərlər
- Ölkənin bu ərazilərində fasilə yaranacaq 07 İyul 2026
- Paytaxtın bir sıra ərazilərində enerjinin verilişində fasilə yaranacaq 01 İyul 2026
- Yasamal, Nizami və Xəzər rayonlarının bu ərazilərində fasilə yaranacaq 09 İyun 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 31 May 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026