Enerji təchizatı müəssisəsi ilə istehlakçılar arasında qarşılıqlı münasibətlər Elektroenergetika haqqında qanun, “Elektrik enerjisindən İstifadə Qaydaları”nın müddəaları və digər qüvvədə olan müvafiq normativ-hüquqi sənədlərlə tənzimlənir. Elektrik enerjisi istehlakına dair hesablaşmalar tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında həyata keçirilir.
Normativ-hüquqi sənədlərin tələblərinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin yerinə yetirilməsinə, istehlak edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə cavabdehdir.
Enerjitəchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı qanunvericiliklə müəyyən olunmuş müddətdə tam məbləğdə ödənilmədikdə elektrik enerjisinin verilməsi dayandırıla bilər. İstehlakçı istehlak etdiyi elektrik enerjisinin haqqının vaxtı-vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun olaraq ödənilməsini təmin etməlidir.
Qeyd edək ki, qanunvericiliklə müəyyən olunmuş müddət çərçivəsində istehlak olunmuş elektrik enerjisinin haqqının ödənilməməsi debitor borc kimi müəyyən olunur və bu hal şəbəkənin fəaliyyətinə mənfi təsir göstərir.
İstehlak olunan elektrik enerjisinin haqqının vaxtında ödənilməsi, təchizatçı şəbəkənin dayanıqlı, səmərəli fəaliyyətinə müsbət təsir edir.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 11 Fevral 2026
- Biləsuvar, Lənkəran və Yardımlının bu ərazilərində fasilə yaranacaq 09 Aprel 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Fevral 2026
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib 25 Fevral 2026
- “SİMA” yeni nəsil rəqəmsal imzanın tətbiqi, istehlakçıların elektrik şəbəkəsinə qoşulma prosesinə təsiri 16 Mart 2026