Bu gün sürətlə inkişaf edən enerji sektorunda elektrik enerjisindən səmərəli istifadə mühüm əhəmiyyət kəsb edir. Enerji səmərəliyinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri də elektrik enerjisindən qənaətlə istifadə etməkdir. Qeyd olunan tədbir, itkilərin azaldılmasına yönəlməklə yanaşı, enerji və ekologiya sektorlarının fəaliyyətinə münbit təsir göstərən amildir.
Elektrik enerjisi itkilərinin azaldılması məqsədilə enerjiyə qənaətin təşviqi ümdə vəzifələrdəndir. Bu yanaşma uzunmüddətli iqtisadi və ekoloji faydalar əldə etməyə imkan yaradır.
Elektrik enerjisinə qənaətin əhəmiyyəti:
❇️ Enerji səmərəliliyi tədbirləri elektrik enerjisindən optimal istifadəni təşviq edərək istehlakçıların elektrik enerji xərclərini azaldır.
❇️ Daha aşağı elektrik enerjisi tələbatı ənənəvi yanacaq növlərindən (neft, qaz) enerji istehsalına olan asılılığı azaldır, nəticədə karbon emissiyalarını və ətraf mühitə təsiri minimuma endirir. Eyni zamanda elektrik enerjisindən səmərəli istifadə günəş və külək kimi bərpa olunan enerji mənbələrinin şəbəkəyə daha geniş inteqrasiyasına imkan yaradır. Çünki aşağı enerji sərfiyyatının hesabına bərpa olunan enerji mənbələrinin aşağı güc istehsalını dəyərləndirmək olur. Tükənə bilən resurslara olan ehtiyacı azaldaraq qlobal dayanıqlılıq hədəfləri və milli enerji keçidi siyasətləri ilə tam uzlaşır, ekoloji dayanıqlığa töhfə verir.
❇️ Lazımsız enerji istehlakının azaldılması şəbəkənin yüklənməsini minimuma endirir, elektrik yükünün bərabər paylanmasını təmin edərək şəbəkənin sabitliyini artırır, qəza riskini azaldır və şəbəkənin ümumi dayanıqlığını gücləndirir.
Elektrik enerjisinə necə qənaət etmək olar?
✅ İstifadə olunmayan elektrik cihazları şəbəkədən ayırın, çünki bəzi cihazlar “yüksüz işləmə cərəyanı tələb edir” sərf edir. Gündüz təbii işıqdan maksimum istifadə edərək işıqlanma cihazlarını şəbəkədən ayırın. Bunun üçün fotosensor elementlərindən istifadə edilə bilər.
✅ Daha səmərəli enerji sinfinə malik məişət texnikası seçin, çünki onlar adi cihazlara və işıqlara nisbətən daha az enerji sərf edir və uzunömürlüdür.
✅ Kondisionerin və istilik sisteminin temperaturunu optimal səviyyədə saxlayın (qışda 24-26°C, yayda 18-20°C). Bina izolyasiyasını gücləndirərək pəncərə- qapılardakı sızmaları aradan qaldırmaqla istilik itkisini minimuma endirin və enerji səmərəliliyini artırın.
✅ Ağıllı cihazlar vasitəsilə elektrik avadanlıqlarının işləmə müddətini tənzimləyin, hərəkət sensorlu işıqlardan istifadə edərək enerjiyə qənaət edin və enerjini daha səmərəli idarə edən invertor texnologiyalı kondisionerlər və soyuducular seçin. Həmçinin, ağıllı cihazlardan istifadə edərək, sizin şəbəkədə unutduğunuz, istifadəsinə ehtiyac duyulmayan cihazları şəbəkədən avtomatik ayıra bilərsiniz. Optimal temperatur təyin edərək kombi və kondisioner cihazlarının səmərəli işləmə müddətlərini təyin edə bilərsiniz.
✅ Günəş panelləri quraşdıraraq evinizin və ya ofisinizin elektrik enerjisi xərclərinə
qənaət edin.
Bu üsullar elektrik enerjisindən daha səmərəli istifadə etməyə, enerji xərclərini azaltmağa, eləcə də elektrik enerjisi itkilərinin qarşısının alınmasına və ətraf mühitə töhfə verməyə kömək edəcək.
Digər xəbərlər
- Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 16 Oktyabr 2025
- “Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində 99.60% nəticə əldə edərək öz rekordunu yeniləyib 24 Fevral 2025
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Neftçalada vətəndaşları qəbul edəcək 11 Aprel 2025
- “Azərişıq” ASC-nin nümayəndələri Göyçayda fermer və sahibkarlarla görüşüb 22 Avqust 2025
- Suraxanıda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 31 Yanvar 2025