Azərbaycan respublikasi nazirlər kabinetinin bəzi qərarlarina əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan respublikasinin Nazirlər kabineti QƏRAR ? 3 

Bakı şəhəri, 6 yanvar 2010-cu il

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə

 «Elektroenergetika haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa və «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 oktyabr tarixli 168 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ? 2, maddə 121; 2006-cı il, ? 1, maddə 59; 2009-cu il, ? 1, maddə 32; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 30 sentyabr tarixli 157 nömrəli qərarı) ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»na aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

2.1. 7.9-cu bənd üzrə:

2.1.1. birinci cümlədə «hesablaşması üçün» sözlərindən sonra «hər bir yaşayış sahəsi, o cümlədən» sözləri əlavə edilsin;

2.1.2. aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

«Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.»;

2.2. 7.13-cü bəndin üçüncü abzasının birinci cümləsində «hesablaşma» sözündən sonra «yalnız» sözü əlavə edilsin;

2.3. 7.17-ci bəndin ikinci abzası çıxarılsın;

2.4. 8.2-ci bənd üzrə:

2.4.1. üçüncü cümlə çıxarılsın;

2.4.2. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

«Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.»;

2.5. 8.9-cu bənd çıxarılsın;

2.6. 8.14-cü bəndin birinci abzasında «beş bank günü ərzində» sözləri «bir ay müddətində» sözləri ilə əvəz edilsin, ikinci və üçüncü abzasları çıxarılsın;

2.7. 8.19-cu bəndin birinci cümləsində «İstehlakçı» sözündən sonra «(məişət abonenti istisna olmaqla)» sözləri əlavə edilsin;

2.8. 8.30-cu, 8.31-ci bəndlər, 8.33-cü bəndin ikinci abzası, 8.34-cü bəndin ikinci abzası və üçüncü abzasının ikinci cümləsi çıxarılsın;

2.9. 9.13-cü bənd aşağıdakı redaksiyada verilsin və «Qeyd» hissəsində «bu Qaydaların 8.34-cü bəndinə uyğun olaraq onun elektrik enerjisi təchizatı dayandırıla bilər» sözləri «qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur» sözləri ilə əvəz edilsin:

«9.13. Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini aşağıdakı hallarda dayandıra bilər:

9.13.1. istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

9.13.2. enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;

9.13.3. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda;

9.13.4. enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda;

9.13.5. məhkəmənin qərarı ilə.

İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir.»;

2.10. həmin Qaydalara 1 nömrəli əlavəyə - «Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi»nə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

2.10.1. 10-cu bəndin birinci abzasında «hesablaşmalar» sözündən sonra «yalnız» sözü əlavə edilsin;

2.10.2. 12-ci bəndin ikinci abzasında «beş bank günü ərzində» sözləri «bir ay müddətində» sözləri ilə əvəz edilsin, ikinci və üçüncü cümlələr çıxarılsın;

2.11. həmin Qaydalara 2 nömrəli əlavəyə - «Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi»nə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

2.11.1. 9-cu bəndin birinci abzasında «hesablaşmalar» sözündən sonra «yalnız» sözü əlavə edilsin;

2.11.2. 11-ci bəndin ikinci abzasının birinci cümləsində «beş bank günü ərzində» sözləri «bir ay müddətində» sözləri ilə əvəz edilsin, ikinci və üçüncü cümlələr çıxarılsın;

2.12. həmin Qaydalara 3 nömrəli əlavəyə - «Enerjitəchizatı müəssisəsi ilə büdcədən maliyyələşdirilən təşkilat (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi»nə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

2.12.1. 9-cu bəndin birinci abzasında «hesablaşmalar» sözündən sonra «yalnız» sözü əlavə edilsin;

2.12.2. 11-ci bəndin ikinci abzasının birinci cümləsində «beş bank günü ərzində» sözləri «bir ay müddətində» sözləri ilə əvəz edilsin, ikinci və üçüncü cümlələr çıxarılsın;

2.13. həmin Qaydalara 4 nömrəli əlavəyə - «Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi»nə aşağıdakı əlavə və dəyişikliklər edilsin:

2.13.1. 3-cü bəndin birinci cümləsində (ikinci halda) «hesablaşma» sözündən sonra «yalnız» sözü əlavə edilsin və «(ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda, onların əmsalı nəzərə alınmaqla)» sözləri çıxarılsın;

2.13.2. 5-ci bəndin ikinci - beşinci cümlələri çıxarılsın.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

Digər xəbərlər