“Azərişıq” ASC-nin 10 illiyinə həsr olunmuş “Paylayıcı şəbəkələrin energetikləri arasında keçirilən ümumrespublika Peşə Ustalığı Yarışları”nın növbəti regional turu Saatlıda təşkil edilib. Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə keçirilən yarışda 9-cu finalçı müəyyənləşib.
Saatlı Elektrik Şəbəkəsində (EŞ) təşkil olunan yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış zamanı bildirilib ki, yarışların keçirilməsi mütəxəssislərin peşə bilik və bacarıqlarını daha da inkişaf etdirmək məqsədi daşıyır. Eləcə də energetiklər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın elektroenergetika sisteminin qurulmasında və inkişafında xidmətləri, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 10 ildə ölkəmizin enerji sektorunun daha da təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar barədə məlumatlar əldə edir. Həmçinin mütəxəssislər "Azərişıq" ASC-nin 5 il ərzində işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi irimiqyaslı layihələr haqqında informasiyalar qazanırlar.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Şirvan RETSİ üzrə 7 komanda – "Hacıqabul EŞ", "Kürqırağı EŞS", "Neftçala EŞ", "Saatlı EŞ", "Sabirabad EŞ", "Salyan EŞ", "Şirvan EŞ" nəzəri biliklərini sınayıblar. Onlar 1 saat müddətində 55 sual cavablandırıblar.
Yarışların ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Hər iki mərhələnin nəticələrinə əsasən Şirvan RETSİ üzrə keçirilən regional turun qalibi "Salyan EŞ" olub. Beləliklə, komanda ümumrespublika Peşə Ustalığı Yarışlarının Hadrutda təşkil olunacaq final turunda iştirak edəcək.
Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Digər xəbərlər
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər “Azərişıq” ASC -nin əsas hədəflərindən biridir 21 Yanvar 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Elektrik enerjisinin istehlakı ilə bağlı yaranan debitor borcların aradan qaldırılması ilə bağlı şəbəkə ilə abonent arasında hüquqi tənzimləmələr 11 Mart 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Mart 2026
- 11 illik etibarlı və keyfiyyətli xidmətin bəhrəsi – “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurda elektrik şəbəkələrini yeniləyir 10 Fevral 2026