Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Binəqədi, Nərimanov və Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində 26 avqust tarixində təmir-bərpa işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək və saat 13:00-dan 15:00-dək Binəqədidə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsinin bir sıra əraziləri, Mir Cəlal küçəsi, Nərimanovda Xan Şuşinski küçəsi, Ziya Bünyadov küçəsinin bir hissəsi, Nəsimidə 2, 3, 4, 5-ci mikrorayonların bəzi hissələri, Rəşid Məmmədov, Cavadxan, Alı Mustafayev, Hüseynbala Əliyev, Hüseyn Seyidzadə, 20 yanvar küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 26 Fevral 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 08 Yanvar 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 20 Fevral 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 16 Fevral 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 23 Aprel 2026