Paytaxtın Binəqədi, Sabunçu və Suraxanı rayonlarında təmir, yenidənqurma işləri ilə əlaqədar dekabrın 11-də elektrik xətləri sifarişə əsasən açılacaq.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK 4” yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar saat 11:00-dan saat 14:00-dək Binəqədi kəndində, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində aparılan təmir işləri ilə əlaqədar saat 10:00-dan saat 14:00-dək Elşən Mehdiyev, İvan Anaşkin, İnqilab, Lətif Sultanov və Bəşir Bünyadov küçələrində, Suraxanı RETSİ-nə daxil olan transformator məntəqəsində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan saat 15:00-dək Qaraçuxur qəsəbəsinin Vağzal və Kərəm İsmayılov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Suraxanıda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 31 Yanvar 2025
- Qobu qəsəbəsinin bir sıra hissələrində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Dekabr 2025
- “Azərişıq” ASC Gədəbəyin bir sıra kəndlərində elektrik təsərrüfatını yeniləyir 31 İyul 2025
- “Azərişıq” ASC İmişli və Beyləqan rayonlarının elektrik təsərrüfatını yeniləyir 13 Mart 2025
- Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 Mart 2025