
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və “Azərişıq” ASC birlikdə yardım aksiyası həyata keçiriblər.
Aprelin 15-də iki qurum tərəfindən Bakı şəhərindəki məcburi köçkün tənha şəxslərə və aztəminatlı ailələrə yardım göstərilib.
Gündəlik tələbat mallarında ibarət olan 1200 ərzaq bağlaması paytaxtın Yasamal rayonunda - Azərbaycan Texniki Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin yataqxanalarında, 1800 ərzaq bağlaması isə Binəqədi rayonu ərazisindəki müxtəlif obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə verilib.
Risk qrupuna daxil olan insanların evdə qalması və virusa yoluxmaqdan qorunması məqsədi güdən yardım aksiyası zamanı məcburi köçkünlərə infeksiyanın tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət etmək tövsiyə olunub.
“Azərişığ”ın “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Depatamentinin direktoru Elsevər Rüstəmli jurnalistlərə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum ənənəvi olaraq bu tipli aksiyalarda iştirak edir:
“Koronavirus pandemiyasının ölkəmizin ərazisində geniş yayılmasının qarşısının alınması üçün tətbiq edilən karantin rejimində əhalinin həssas qrupları, o cümlədən məcburi köçkünlər maddi dəstəyə ehtiyac duyurlar. Bu sahədə dövlətimizin müəyyənləşdirdiyi tədbirlərlə yanaşı, ayrı-ayrı qurumlar tərəfindən də sosial aksiyalar həyata keçirilir. “Azərişıq” olaraq biz də bu aksiyaya qoşulmuşuq və belə aksiyalar davamlı olacaq. Rəhbərliyimizin ciddi tapşırığı ilə növbəti ayda da belə bir aksiya həyata keçiriləcək”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müayəndəsi Elşən Əliyev də açıqlamasında təmsil etdiyi qurumun ölkə rəhbərliyinin bu təşəbbüsünü dəstəklədiyini və davamlı olaraq bu aksiyaları keçirdiklərini qeyd edib.
Məcburi köçkünlər karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür ediblər.
Digər xəbərlər
- "Azərişıq" ASC-nin əməkdaşları və rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib 10 Fevral 2025
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib 24 Yanvar 2025
- “Azərişıq” ASC yaranmasının 10-cu ildönümü ilə əlaqədar qanvermə aksiyası keçirib 12 Fevral 2025
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektronlaşdırılması, prosesin sadələşdirilməsi yolunda mühüm addımdır 24 Yanvar 2025
- Elektrik enerji təchizatı şəbəkəsinə qoşulma prosesinin sadələşdirilməsi davam etdirilir. 11 Yanvar 2025