
Hazırda “Azərişıq” ASC-nin respublikanın 32 kəndində fasiləsiz enerji təchizatının təmin olunması istiqamətində gördüyü işlər yekunlaşır.
Bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
O qeyd edib ki, hazırda Astaranın 3 kəndində - Dolu, Diqo və Sekaşan kəndlərində ölkə başçısının müvafiq Sərəncamı ilə ayrılan maliyyə dəstəyi hesabına enerji təchizatının tam təmin olunması istiqamətində işlər yekunlaşmaq üzrədir. Həmçinin Xaçmaz rayonunun “Arzu massivi” 39-cu məhəlləsində, Qubada 32-33-cü məhəllələrdə, Qusarın Aşağı Ləyərqışlaq kəndində, Şabran şəhərində, Sabirabadın Sərxanbəyli və Moranlı kəndlərində, Ağsunun Ərəbsərvan kəndində, Yevlaxın Nemətabad kəndində, Göyçayın Ulaşlı kəndində, Ucarın Bərgüşad kəndində, Kürdəmirin Pirili kəndində, Goranboyun Tapqaraqoyunlu kəndində, Beyləqanın Allahyarlı, Ağcabədi Şənlik, Ağdam Əhmədağalı kəndlərində, Şamaxı şəhərində, Qaxın Güllük kəndində, Qəbələ şəhərində, Balakənin Püştətala kəndində, Gədəbəyin Parakənd, Şəmkirin Düyərli, Samuxun İstixana kəndində, Göygölün Qızılca kəndində “Azərişıq” tərəfindən enerji təchizatının yüksək səviyyədə təmini üçün işlər görülür.
Paytaxtın enerji təminatının yüksək səviyyədə təşkil olunduğunu vurğulayan T.Mustafayev bildirib ki, hazırda Bakı üzrə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sulutəpə və Kənd Binəqədi, Xəzər rayonunda isə Binə südçülük qəsəbəsində təmir-bərpa işləri həyata keçirilir.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Neftçalada vətəndaşları qəbul edib 15 Aprel 2025
- Qubada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 İyun 2025
- Yeni Ramanada təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 Yanvar 2025
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması istiqamətində yenidənqurma işlərini davam etdirir 03 Fevral 2025
- Binə qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 12 Mart 2025