Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən qələbə bizim gücümüzü, iradəmizi və birliyimizi göstərdi. İndi isə bu qələbəni bizə bəxş edən şəhidlərimizin ailə üzvləri və qazilərimiz üçün birlik göstərməliyik.
Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın məşğulluğuna dəstək olmaq məqsədi ilə başladılan “Məşğulluq marafonu” təqdirəlayiq bir addımdır. “Azərişıq” ASC olaraq biz də “Məşğulluq marafonu”na dəstək olduq, vakant iş yerləri müəyyənləşdirdik. Artıq işə qəbula start verilib.
Qəhrəmanlarımızın ailə üzvləri ilə çiyin-çiyinə çalışmaqdan qürur duyuruq. Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 05 Fevral 2026
- KOBİA-nın Ağsuda təşkil etdiyi tədbirdə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib 22 Yanvar 2026
- Biləsuvar və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 05 Yanvar 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 08 Yanvar 2026