
“Azərişıq” ASC Astara rayonunun Şüvi-Sekaşan, Pəlikeş-Diqo, Abyerud, Doli və Sipiyyət kəndləri üzrə 10/0,4 kilovoltluq elektrik xətlərini çəkəcək şirkəti açıqlayıb.
ASC-yə istinadla xəbər verir ki, “Azərişıq” tərəfindən mayın 30-da Astara rayonunun adıçəkilən kəndləri üzrə 10/0,4 kilovoltluq xətlərin çəkilişi işlərinin satın alınması məqsədilə keçirilmiş açıq tender üzrə təqdim olunmuş iddiaçıların təklifləri Tender Komissiyası tərəfindən qiymətləndirilib. Tender Komissiyasının qərarına əsasən, müvafiq lot üzrə “İMA-Energy” MMC şirkəti qalib elan olunub və satınalma müqavilələri bağlanıb.
Digər xəbərlər
- Dövlətimizin başçısı Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub 02 May 2023
- “Azərişıq” və “Azərenerji” birgə qanvermə aksiyası təşkil ediblər. 13 Yanvar 2023
- Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib 18 Aprel 2023
- Prezident İlham Əliyev Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib 09 May 2023
- “Azərişıq” ASC Xaçmazın daha yeddi kəndində yenidənqurma işlərini yekunlaşdırıb. 18 Sentyabr 2023