“Azərişıq” ASC-nin fəaliyyətinin başlıca vəzifələri istehlakçıları fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir.
Bu məqsədlə, Səhmdar Cəmiyyət tərəfindən istehlak olunmuş elektrik enerjisi haqlarının vaxtında və tam yığılması həmin vəzifələrin icrasına əsaslı müsbət təsir edir.
İstehlak olunmuş elektrik enerjisi haqlarının yığılması “Elektroenergetika haqqında” qanunun, “Elektrik enerjisindən istifadə Qaydaları”nın və digər qüvvədə olan normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilir.
Səhmdar Cəmiyyət tərəfindən istehlak olunun elektrik enerjisinin dəyərinin qanunvericilikdə müəyyən olan müddətdə yığımının təşkili mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə, abonetlərin ilk növbədə maarifləndirilməsi, xəbərdarlıq və bildirişlərin vaxtında təqdim olunması işinin düzgün aparılması istehlakçıları bu öhdəliyin yerinə yetirilməsinə müsbət təsir edir.
Eyni zamanda növbəti aylardan ödənilməyən borcların (debitor borcların) tələb olunması, abonentlərlə fərdi iş aparılmaqla, qanunvericiliyin tələbləri uyğun həyata keçirilir.
Borclu abonentlərlə iş zamanı elektrik enerjisi verilişinin məhdudlaşdırılması və ya dayandırılmasında öz öhdəliklərini tam yerinə yetirən digər sakinlərin hüquq və mənafelərinin pozulmamasına yol verilmir.
Həmçinin, borclu abunəçilərlə işin təşkilində bu sahənin avtomatlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Bu istiqamətdə görülən başlıca tədbirlər aşağıdakılardır:
• Ödənişlərin gecikdirilməsinin səbəblərinin müəyyənləşdirilməsi, borclu abunəçilərin müxtəlif meyarlara görə qruplaşdırılması və hər qrup üçün fərqli fəaliyyət planının seçilməsi;
• Ödənişlərin izlənməsi;
• Borclu abunəçilərlə işləyərkən fəaliyyət ardıcıllığının qurulması;
• Borclu abunəçilər və bununla bağlı görülən işlər üzrə yekun hesabatların hazırlanması.
Bu tədbirlər debitor borcların yığılmasına müsbət təsir göstərəcəkdir.
Mühüm addımlardan biri də şəbəkələrdə bu istiqamətdə həyata keçirilən istehlakçılara çatdırılmasıdır.
Digər xəbərlər
- “Azərişıq” ASC güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün fasiləsiz çalışır 27 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 26 Fevral 2026
- “Azərişıq” ASC əməyin mühafizəsinə dair maarifləndirici tədbir keçirib 28 Fevral 2026
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- “Azərişıq” ASC istehlakçıların elektrik təchizatı şəbəkəsinə daha rahat qoşulması üçün 2026-cı ildə də sahibkarlarla maarifləndirici görüşlərini davam etdirəcək 10 Aprel 2026