Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov fevralın 16-da saat 10:00-da Tərtər şəhərində Tərtər və Ağdam rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul Tərtər şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən “Azərişıq” ASC-nin Tərtər Elektrik Şəbəkəsinin inzibati binasında keçirilib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Tərtər şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Digər xəbərlər
- Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 30 Yanvar 2025
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib 18 Sentyabr 2025
- Prezident İlham Əliyev Yevlaxda Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib 23 İyun 2025
- "Azərişıq" ASC-nin əməkdaşları və rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib 10 Fevral 2025
- Biləsuvar, Cəlilabad və Yardımlının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 20 Noyabr 2025