Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov oktyabrın 27-i saat 10:00-da Göyçayda Göyçay və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutub.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Göyçay rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Digər xəbərlər
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 23 Fevral 2026
- Suraxanı rayonuna daxil olan bu ərazidə fasilə yaranacaq 01 May 2026
- Biləsuvar, Lənkəran və Yardımlının bu ərazilərində fasilə yaranacaq 09 Aprel 2026
- Elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulma prosesinin sadələşdirilməsi proseduru “Azərişıq” ASC tərəfindən davam etdirilir 13 Yanvar 2026
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 03 Fevral 2026