
Oktyabrın 11-də “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Goranboyda vətəndaşları qəbul edib.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, “Azərişığ”ın müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbulda Goranboy və Naftalan rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinlənilib.
V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. “Azərişığ”ın fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıq edib.
Bu gün, həmçinin səhmdar cəmiyyətinin sədr müavini Ramil Yusifov Bərdədə, bu rayondan və Tərtərdən olan vətəndaşların müraciətini dinləyib.
Digər xəbərlər
- Debitor borcların yığılması istiqamətində müasir texnologiyaların tətbiqi 17 Aprel 2025
- Suraxanıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 Mart 2025
- Müasir sayğacların tətbiqi elektrik enerjisi üzrə debitor borcların yığlmasında əhəmiyyətli rol oynayır 15 May 2025
- Şüvəlan qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 İyul 2025
- “Azərişıq” ASC yaranmış debitor borcların yığılması ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirlərini 2025-ci ildə də davam etdirəcəkdir 10 Yanvar 2025