Bu gün "Azərişıq" ASC ölkəyə gətirdiyi "SMART card reader" cihazlarının təqdimatını keçirib. Təqdimatı ASC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov edib.
Bu avadanlıqlar 300 mindən çox abunəçinin işini asanlaşdıracaq. Hazırda "Azərişıq"ASC-nin 550 minə yaxın smartkart tipli sayğacı olan abunəçisi var. Həmin abunəçilərin istifadəsində olan smartkartlar iki cürdür. Hazırda yalnız onlardan bir qrupu bunu istifadə edə biləcək. Bu isə təxminən 300 mindən bir qədər artıq abunəçi deməkdir. Qarşıdakı günlərdə isə digər növ smartkart sayğaclarında da bunu istifadə etmək mümkün olacaq.
Yeni cihazlar smartkartların ev şəraitində yüklənməsinə şərait yaradacaq. "Azərişıq"ASC-nin mobil əlavəsinə edilən yenilikdən sonra "SMART card reader" cihazını telefona qoşmaqla ödəniş etmək olur. Hazırda yalnız android əməliyyat sistemli telefonlar üzərindən bu mümkündür. Amma yaxın günlərdə android platforması üzərindən də bunu etmək mümkün olacaq.
Hazırda "SMART card reader"lərdən təxminən 3 000 ədəd gətirilib. Onların qiyməti 18-20 manat civarında olacaq. Abunəçilər bu cihazları "ASAN kommunal" və "ASAN xidmət" mərkəzlərindən əldə edə biləcəklər.
Digər xəbərlər
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 05 Fevral 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər 04 Mart 2026
- Lerikin bu ərazilərində fasilə yaranacaq 06 Aprel 2026
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir 19 Yanvar 2026