“Azərişıq” ASC-nin “Zəfər” komandası 10 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunmuş "Heydər Əliyev İli"nə həsr olunmuş "Çevik 100 İl" ideya müsabiqəsində “Vətəndaşyönümlü həll” nominasiyası üzrə qalib oldu.
“Heydər Əliyev İli”nə həsr olunmuş müsabiqənin əsas məqsədi dövlət xidmətlərində yeni həllərin və düşüncə tərzinin tətbiqi, Ulu öndərin dövlət idarəçiliyi sahəsində əsasını qoyduğu və bu gündə uğurla davam etdirilən işlərin təhlili nəticəsində bu sahədə yeni ideyaların gerçəkləşdirilməsidir. Bu məqsədlə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində fəaliyyət göstərən qurumların əməkdaşlarından ibarət 21 komanda formalaşdırılıb və onlar hər bir dövlət xidmətinin sadələşdirilməsi və təkmilləşdirilməsi istiqamətində yeni həllərin hazırlanması üzrə ideyalarını təqdim ediblər.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 09 Fevral 2026
- Biləsuvar və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 05 Yanvar 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Mart 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026
- Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 18 Fevral 2026