Qırğızıstanda Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin energetikləri arasında “Peşə ustalığı yarışları” keçirilib. Azərbaycanı bu yarışda “Azərişıq” ASC 6 nəfərlik heyətlə təmsil edib.
Açılış mərasimində Qırğızıstan Respublikasının energetika nazirinin müavini Usenova Nazgül Jorobelovna və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin sədri Altınbek Rısbekov komandaları salamlayıblar. Türk dövlətlərinin qədim tarixindən danışılıb, bu yarışların onlar arasındakı dərin bağları daha da möhkəmləndirəcəyi vurğulanıb.
3 mərhələ üzrə 2 gün ərzində keçirilən “Peşə Ustalığı Yarışları”nda “Azərişıq” ASC-nin komandası “Ən yaxşı iş icraçısı” və “Ən yaxşı hakim işi” nominasiyaları üzrə bütün rəqiblərini üstələyərək qalib olublar. Ümumi nəticədə gənc energetiklərimiz yarışı 3-cü pillədə başa vurublar.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin energetikləri arasında “Peşə ustalığı yarışları” ilk dəfə “Azərişıq” ASC-nin təşkilatçılığı əsasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Hadrutda keçirilib. Növbəti yarışlar bu ilin oktyabrında Özbəkistanda təşkil olunacaq.
Digər xəbərlər
- Abşeronun bu ərazilərində fasilə olacaq 08 Yanvar 2026
- Astara və Qəbələnin bu ərazilərində fasilə yaranacaq 01 İyun 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 12 Yanvar 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 May 2026