Vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC bütün regionlarda elektrik şəbəkəsini yeniləyir. Cənab prezident İlham Əliyevin tapşırıqlarına əsasən aparılan yenidənqurma işləri Kürdəmiri də əhatə edib.
Rayonun Axtaçı, Axtaçı Qarabucaq, Pirəköcə, Xəlsə, Qocalı və Hacımustafalı olmaqla 6 kəndində 0.4 və 10 kV-luq elektrik xətləri və dayaqlar yenilənib, köhnə tipli transformator məntəqələri yeni güc mərkəzləri ilə əvəz olunub. Ümumilikdə həmin kəndlərdə 16 KTM, həmçinin, yeni SMS tipli sayğaclar quraşdırılıb.
500-dən çox abonentin yaşadığı Muradxan kəndində də elektrik şəbəkəsi tamamilə yenilənir. Görülən işlər çərçivəsində kənddə yeni güc mərkəzləri – 14 KTM quraşdırılır. Kənddə yeni 0.4 və 10 kV-luq elektrik xətləri çəkilir, dayaqlar basdırılır.
Yenidənqurma işlərinə cəlb olunan kəndlərdə 1000-ə yaxın abonent dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq. “Azərişıq” ASC İnvestisiya Proqramına uyğun olaraq mərhələli şəkildə ölkənin digər regionlarında, bir sıra kənd və qəsəbələrdə də yenidənqurma işlərini davam etdirir.
Digər xəbərlər
- “Azərişıq” ASC cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir 21 Yanvar 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 22 Aprel 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 17 Fevral 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 15 Aprel 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 09 Fevral 2026