Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Gəncədə “Sənaye və istehsal sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda sahibkarlarla görüş keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Gömrük Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, Dövlət Miqrasiya Xidməti, Dövlət Vergi Xidməti, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu, İqtisadiyyat Nazirliyinin Gəncə-Daşkəsən Regional Bölməsi, “Azəriqaz” İstehsalat Birliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, Müvəkkil kredit təşkilatları ilə yanaşı “Azərişıq” ASC-nin müvafiq qurumları iştirak edib.
“Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) rəisinin birinci müavini İlqar Hüseynov tədbirdə iştirak edən 40-dək sahibkarla Sənaye və istehsal sahəsində yaranan və ya yarana biləcək çətinlikləri müzakirə ediblər. Həlli mümkün olan bir çox problemlər yerindəcə həll edilib. Həmçinin müvafiq lazımi qeydlər aparılıb.
Qeyd edək ki, fermer və sahibkarların rahat fəaliyyəti, yaranan problemlərin aradan qaldırılması məqsədilə “Azərişıq” ASC regionlarda mütəmadi görüşlər təşkil edir. Fermer və sahibkarların təklif, tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər aparılır.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin nümayəndələri Xankəndində sahibkarlarla görüş keçirib 06 Fevral 2026
- Elektrik enerjisinin istehlakı ilə bağlı ən çox verilən suallar 21 May 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Mart 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 26 Yanvar 2026