“Azərişıq” ASC paytaxt və regionlarda elektrik təsərrüfatının yenilənməsi işləri ilə yanaşı maarifləndirici tədbirləri də davam etdirir. Belə ki, fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti məqsədilə bölgələrdə mütəmadi görüşlər keçirilir, onların fikirləri, təklif və tövsiyələri dinlənilir. Həmçinin, elektron xidmətlər barədə sahibkar və vətəndaşlarla maarifləndirmə söhbətləri aparılır, xidmət mərkəzlərində göstərilən bütün xidmətlər haqqında ətraflı və dolğun məlumat təqdim edilir.
Görüşlər zamanı elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilir. Bununla yanaşı, vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər (abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri) barədə ətraflı məlumatlar verilir.
Eyni zamanda, həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat paylaşılır. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanır. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunur.
Qeyd edək ki, istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC sahibkar və vətəndaşlarla görüşləri ölkənin bütün regionlarında davam etdirir.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 16 Fevral 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026
- Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 Aprel 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Xankəndində sahibkarlarla görüş keçirib 06 Fevral 2026
- KOBİA-nın Ağsuda təşkil etdiyi tədbirdə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib 22 Yanvar 2026