Azərbaycan Respublikası Nazirlər kabineti yanında Operativ Qərargahın 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında sərt karantin rejimi tətbiqi ilə əlaqədar olaraq “Azərişıq” ASC qarşıdakı günlər ərzində də gücləndirilmiş iş rejimini davam etdirəcək.
Əhalinin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görülüb.
Abonentlərimizdən xahiş edirik ki, hər hansı bir qəza halı yaranarsa, 24 saat fasiləsiz fəaliyyət göstərən "199" Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.
İstehlakçılar pandemiya dövründə ödənişləri onlayn qaydada, evdən çıxmadan həyata keçirə bilərlər. Bunun üçün ASC-nin rəsmi saytında ( https://www.azerishiq.az/ ) ödəniş etmək mümkündür.
Digər xəbərlər
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Yanvar 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Mart 2026
- Masallının bu ərazilərində fasilə yaranacaq 18 Fevral 2026
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir 19 Yanvar 2026