Enerji itkilərinin azaldılması enerji səmərəliliyinin artırılması və paylayıcı şəbəkələrin istismar xərclərinin minimuma endirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə, Cəmiyyət, müasir və daha səmərəli transformatorların quraşdırılması, rəqəmsal yarımstansiyaların tikintisi, güclərin proporsional bölüşdürülməsi, abonentlərin smart sayğaclarla təmin olunması və s. kimi tədbirləri mütəmadi davam etdirir.
İtkisi böyük olan elektrik şəbəkələrində transformator məntəqələri, elektrik verilişi xətləri, sayğac uçot dəstlərinə baxışlar keçirilərək təhlillər aparılır, normadan artıq yüklənmiş transformatorlar müəyyən edilir və görülən işlərlə bağlı müvafiq sənədləşmələr aparılır.
Elektrik enerjisi itkilərinin azaldılması istiqamətində həyata keçirilən işlər bu sahədə normativ-hüquqi aktların tələblərinə uyğun olaraq aparılır. Təhlillər nəticəsində həmçinin, enerji itkiləri olan yaşayış məntəqələri də müəyyən edilir, elektrik şəbəkəsinin yenidən qurulması işləri aparılır. Yenidənqurma işlərinin əsas məqsədi abonentləri keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək, eyni zamanda enerji itkilərinin qarşısını almaqdır.
Smart sayğacların quraşdırılması da enerji itkilərinin minimuma endirilməsində mühim əhəmiyyət kəsb edir. Belə ki, bu sayğacların tətbiqi zamanı sayğac oxuma xətaları azalır və eyni zamanda qanunsuz qoşulmaların və kənar müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Bu da öz növbəsində istehlak olunan elektrik enerjisinin həcminin daha dəqiq ölçülməsinə imkan yaradır.
Cəmiyyət tərəfindən şəbəkələrdə elektrik enerjisi itkilərinin müəyyən edilməsi və aradan qaldırılması işləri davam etdirilir.
Digər xəbərlər
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- Elektrik enerjisinin istehlakı ilə bağlı yaranan debitor borcların aradan qaldırılması ilə bağlı şəbəkə ilə abonent arasında hüquqi tənzimləmələr 11 Mart 2026
- Nəsimi rayonunun bu ərazilərdə fasilə yaranacaq 24 Fevral 2026
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 11 Fevral 2026