Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə tam təmin olunub.
İki gün ərzində yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları – Cəlilabad, Masallı, Lənkəran və Astaranın elektrik təsərrüfatında böyük fəsadlar yaradıb. Yağan qarın ağırlığı və külək çox sayda ağacların aşaraq xətlərin üzərinə düşməsinə səbəb olub. Elektrik xətlərinin zədələnməsi nəticəsində şəhər mərkəzlərində bəzi küçə və məhəllələr, eləcə də bəzi kəndlər işıqsız qalıb.
“Azərişıq” ASC-nin regionlardan əməkdaşları və paytaxtdan ərazilərə göndərilən qəza xidmətinin əməkdaşları ilk gündən iş başındadırlar. Əməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdirirlər.
Qarın ağırlığına tab gətirməyərək aşmış ağacların müəyyən qurumlar tərəfindən təmizlənməsi əlavə vaxt tələb edir. Buna baxmayaraq qəza xidmətlərimiz qəza baş vermiş ərazilərdə işləri fasiləsiz davam etdirir. Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə təmin olunub. Bəzi dağ kəndlərində 0.4 kV-luq xətlərin bərpası tamamlanmaq üzrədir. Qeyd edilən rayonlarda yaxın saatlarda elektrik enerjisinin verilişi tamamilə bərpa ediləcək.
Digər xəbərlər
- Debitor borcların yığılması istiqamətində Səhmdar Cəmiyyət tərəfindən maarifləndirici tədbirlər davam etdirilir 15 Sentyabr 2025
- “Azərişıq” ASC-nin gənc mütəxəssisləri Qırğızıstanda 2 nominasiya üzrə qalib olublar 07 İyul 2025
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində tədbirlər həyata keçirilir 30 Yanvar 2025
- Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-bərpa və budama işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 25 Avqust 2025
- “Azərişıq” ASC-nin nümayəndələri Ağdamda fermer və sahibkarlarla görüşüb 29 İyul 2025