“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.
“Azərişıq” ASC Ağcabədi rayonunun kəndlərinin elektrik şəbəkəsini yenidən qurur.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Ağcabədinin Cəfərbəyli və Ağabəyli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
Yenidənqurma işləri çərçivəsində 1000-dən çox sakinin yaşadığı Cəfərbəyli kəndində 3 komplekt transformator məntəqəsi istismara veriləcək. Ümumilikdə 25 km-dək elektrik xətti yenilənəcək.
Ağcabədinin Ağabəyli kəndində də yenilənmə işlər davam etdirilir. 700-ə yaxın sakini olan Ağabəyli kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 20 km-ə qədər elektrik xətti dəyişdirilərək izoliyasiyalı naqillərlə əvəzlənəcək.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Ağcabədinin Cəfərbəyli və Ağabəyli kəndləri ilə yanaşı, Mehrablı kəndində də işlər aparılır. Növbəti mərhələdə isə rayonun Şənlik və Qardolaq kəndlərinin də elektrik şəbəkəsi yenidən qurulacaq.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.
Digər xəbərlər
- Mingəçevirin bir sıra ərazilərində fasilə yaranacaq 23 Fevral 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 15 Aprel 2026
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- Lerikin bu ərazilərində fasilə yaranacaq 06 Aprel 2026
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektronlaşdırılması, prosesin sadələşdirilməsi yolunda mühüm addımdır 10 Fevral 2026