
Səmdar çəmiyyətin saytında “Elektrik şəbəkəsinə necə qoşulaq” adlı xüsusi bölmə yaradıldı
“Azərişıq” ASC mövcud və tikilməkdə olan sahibkarlıq obyektinə, o cümlədən evinə, bağına yaxud həyətinə elektrik enerjisi çəkdirmək istəyənlərin işini asanlaşdırmaq üçün daha bir yenilik edib. Belə ki, Səhmdar Cəmiyyətin (azerishiq.az) rəsmi saytında “Elektrik şəbəkəsinə necə qoşulaq” adlı xüsusi bölmə yaradılıb. Həmin bölmədə elektrik enerjisi çəkdirmək üçün tələb olunan texniki şərtlərin verilməsinin yenilənmiş qaydalar öz əksini tapıb. Xüsusi bölmə azərbaycan, ingilis və rus dillərərində fəaliyyət göstərir. Həmçinin “Elektrik şəbəkəsinə necə qoşulaq” adlı xüsusi bölmədə yazılı qaydalarla yanaşı video-rolik də yerləşdirilib.
İndi istənilən sahibkar www.azerishiq.az saytının əsas səhifəsindəki “Elektrik şəbəkəsinə necə qoşulaq” bölməsinə daxil olmaqla tələb olunan gücü 150 kVt-a qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə qoşulması və eyni zamanda tələb olunan gücü 150 kVt və ondan yuxarı sahibkarlıq obyektlərinin orta və yüksək gərginlikli elektrik şəbəkəsinə qoşulması qaydalarından və şərtlərdən ətraflı tanış ola biləcəklər. Habelə evinə, bağına və ya həyətinə elektrik enerjisi çəkdirmək istəyən məişət abonentləri də bu xidmətdən yararlanacaqlar.

Qeyd edək ki, tələb olunan gücü 150 kVt-a qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə qoşulması və məişət abonentlərinin evinə, bağına yaxud həyətinə elektrik enerjisi çəkdirməsi yalnız və yalnızı “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri vasitəsi ilə “Azərişıq” ASC tərəfindən həyata keçirilir. Artıq elektrik şəbəkəsinə qoşulmaq üçün texniki şərtlər nəinki Bakıda, ümumilikdə bütün regionlarda fəaliyyət göstərən “ASAN” xidmət və “ASAN” kommunal mərkəzləri vasitəsi ilə verilir. Bundan başqa sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün vahid pəncərə üzrə prosedurlar 7-dən 3-ə endirilib, prosesin müddəti isə 69 gündən 24-günə salınıb.
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 16 Fevral 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026
- Elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulma prosesinin sadələşdirilməsi proseduru “Azərişıq” ASC tərəfindən davam etdirilir 13 Yanvar 2026
- “Azərişıq” ASC güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün fasiləsiz çalışır 27 Fevral 2026