“Azərişıq” ASC Gədəbəydə keçirilən Milli Yaylaq Festivalını ehtiyat generatorla təchiz edib.
Bu barədə “Azərişıq” məlumat yayıb. Bildirilir ki, iyulun 26-da ASC bu ilin tədbirlər planı çərçivəsində regionlarda kənd və qəsəbələrin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması işlərinin davamı olaraq Gədəbəy rayonuna növbəti avadanlıqlar yola salıb. Dayaqlar, 4 yeni komplekt transformator məntəqəsi (KTM), kilometrlərlə uzunluqda kabellərdən və digər zəruri avadanlıqlar rayonun 5 kəndinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdıracaq. Hazırda avadanlıqlar Gədəbəyə çatdırılıb və bunlar rayonun Plankənd, Parakənd və digər kəndlərinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması üçün istifadə olunacaq. Bu isə ümumilikdə 3 minədək abunəçinin elektrik enerjisi təchizatının yaxşılaşması deməkdir.
“Azərişıq” Gədəbəydə keçirilən Milli Yaylaq Festivalı zamanı elektrik enerjisi təchizatında fasilə yaranmaması üçün lazımi tədbirlər görüb. Bundan əlavə festivalın keçirilməsində elektrik enerjisinin təchizatında yarana biləcək hər hansı fasilənin aradan qaldırılması üçün “Azərişıq” Milli Yaylaq Festivalını ehtiyat generatorla təchiz edib.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin gənc mütəxəssisləri beynəlxalq yarışda mükafat qazanıb. 02 İyul 2024
- “Azərişıq” ASC-nin elektrik təchizatı şəbəkəsinə qoşulma xidmətinin elektronlaşdırılması istiqamətində gördüyü işlər davam etdirilir 02 Avqust 2024
- “Azərişıq” ASC Lənkəranda yenidənqurma işlərini davam etdirir. 11 Mart 2024
- Kadr potensialının bilik və bacarıqlarının artırılmasında “Mühəndis hazırlığı” kursu. 04 İyun 2024
- Müasir standartlara cavab verən sayğacların quraşdırılması 19 İyun 2024