Elektrik enerjisinin istehsalı, ötürülməsi və iradəedilməsini təmin edən “Azərenerji” ASC, elektrik enerjisinin paylanmasını həyata keçirən “Azərişıq” ASC ilə birgə 20 oktyabr Energetiklər günü münasibətilə “Azərbaycan elektroenergetikası” adlı film hazırlayıb və eyni adlı kitab nəşr edib. Qeyd edək ki, bu il Azərbaycan elektroenergetikasının sistemləşməsinin 120, paylayıcı elektrik şəbəkəsinin formalaşmasının 90 ili tamam olur.
ASC-dən Trend-ə verilən məlumata görə, hər iki qurumun birgə hazırladığı filmdə, o cümldən kitabda Azərbaycan elektrik enerji sisteminin, o cümlədən paylayıcı elektrik şəbəkəsinin tarixindən bəhs edilib. Daha dəqiqi 19-cu əsrdə çar Rusiyası dövründən başlayaraq, Cümhuriyyət dövründə, sovetlər zamanında və müstəqillik illərində elektroenergetika sahəsinin tarixi xronologiyası geniş əks olunub və son illərdə energetika sahəsində həyata keçirilən islahat, inkişaf, tikinti və yenidənqurma işləri pilləli şəkildə təqdim edilib. Həm film, həm də kitabın təqdimatı “Şimal” Elektrik Stansiyasının konfrans zalında olub.
Digər xəbərlər
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Mart 2026
- Biləsuvar və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 05 Yanvar 2026
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib 25 Fevral 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026