Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 19 noyabr tarixində 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan 35 kV-luq “Lovayın” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək rayonun Çayoba, Əzərud, Kakalos, Kolatan, Lovayın, Pensər, Sım, Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud kəndləri, Kijəbə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Masallının bu ərazilərində fasilə yaranacaq 18 Fevral 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Mart 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Mart 2026
- Bakı və Salyanın bu ərazilərində fasilə yaranacaq 10 İyun 2026