Ağıllı (smart) elektrik sayğacları elektrik enerjisi istehlakını məsafədən ölçməyə, onun göstəricilərini istehlakçıya və enerji satış şəbəkəsinə ötürməyə imkan verən avtomatlaşdırılmış cihazdır. Bu cihazların tətbiqi istehlakçılara enerji sərfiyyatına dair məlumatları daha da əlçatan edir və nəzarəti gücləndirir. Eyni zamanda, ağıllı (smart) elektrik sayğacları enerji təchizatı şəbəkəsinin təkmilləşdirilmiş uçot sistemi ilə təmin olunmasına geniş imkan yaradır. Bu sayğaclar həm birfazalı, həm də üçfazalı olmaqla bütün növ istehlakçı qrupları tərəfindən istifadə oluna bilər.
Ağıllı elektrik sayğacların üstünlükləri aşağıdakılardır:
* Elektrik istehlakı göstəricilərinin əl ilə məlumat bazasına işlənməsinə ehtiyacın qalmaması (insan faktorunun aradan qaldırılması);
* Abonentləri məsafədən şəbəkəyə qoşmaq və ayırmaq, bir neçə tarifi dəstəkləmək, xətdə yaranan problemlərin diaqnostikası və bu barədə idarəetmə mərkəzinə bildiriş göndərmək kimi funksiyaları eyni anda yerinə yetirmək qabiliyyətinə malik olması;
* Sayğaclar vasitəsi ilə aylıq elektrik enerjisi istehlakına nəzarət nəticəsində daha qənaətlə yanaşmanın təmin edilməsi və s.
Bu sayğaclardan istifadə daha da dəqiq ölçmələrin aparılmasına və hesabatlılığ üzrə daha geniş imkanlar yaradır, elektrik enerjisi istehlakçılarına verilən enerji resursunun həcmini və keyfiyyətini ətraflı təhlil etməyə imkan verir. Bu da ölçmə prosesində elektrik enerjisi itkilərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, ağıllı sayğacların tətbiqinin mühüm üstünlüklərindən biri də şəbəkələrdə ölçmə proseslərində elektrik enerjisi itkilərinin azaldılmasıdır.
Digər xəbərlər
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 08 May 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 12 Yanvar 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Yanvar 2026
- Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 16 Fevral 2026
- Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 18 Fevral 2026