Ağıllı (smart) elektrik sayğacları elektrik enerjisi istehlakını məsafədən ölçməyə, onun göstəricilərini istehlakçıya və enerji satış şəbəkəsinə ötürməyə imkan verən avtomatlaşdırılmış cihazdır. Bu cihazların tətbiqi istehlakçılara enerji sərfiyyatına dair məlumatlarla daha da əlçatan nəzarət etməyə imkan verir. Eyni zamanda ağıllı (smart) elektrik sayğacları enerji təchizatı şəbəkəsinin daha təkmil uçot sistemi ilə təmin olunmasına çox mühüm töhvə verir. Bu sayğaclar həm bir fazalı, həm də üç fazalı olmaqla bütün növ istehlakçı qrupları tərəfindən istifadə oluna bilər.
Ağıllı elektrik sayğacların üstünlükləri aşağıdakılardır:
* Elektrik istehlakı göstəricilərinin əl ilə məlumat bazasına işlənməsinə ehtiyacın qalmaması (insane faktorunun aradan qaldırılması);
* Abonentləri məsafədən şəbəkəyə qoşmaq və ayırmaq, bir neçə tarifi dəstəkləmək, xətdə yaranan problemlərin diaqnostikası və bu barədə idarəetmə mərkəzinə bildiriş göndərmək kimi funksiyaları eyni anda yerinə yetirmək qabiliyyətinə malik olması;
* Sayğaclar vasitəsi ilə aylıq elektrik enerjisi istehlakına nəzarət nəticəsində daha qənaətlə yanaşmanın təmin edilməsi və s.
Bu sayğaclardan istifadə daha da dəqiq ölçmələrin aparılmasına və hesabatlılığ üzrə daha geniş imkanlar yaradır, elektrik enerjisi istehlakçılarına verilən enerji resursunun həcmini və keyfiyyətini ətraflı təhlil etməyə imkan verir. Bu da ölçmə prosesində elektrik enerjisi itkilərinin qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, ağıllı sayğacların tətbiqinin mühüm üstünlüklərindən biri də şəbəkələrdə ölçmə proseslərində elektrik enerjisi itkilərinin azaldılmasıdır.
Digər xəbərlər
- Elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulma prosesinin sadələşdirilməsi proseduru “Azərişıq” ASC tərəfindən davam etdirilir 13 Yanvar 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 26 Fevral 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 20 Fevral 2026
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 03 Fevral 2026