“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.
Ağcabədinin Pərioğullar və Hacıbədəlli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Pərioğullar və Hacıbədəlli kəndlərinin elektrik şəbəkəsi yenilənir.
Yenidənqurma nəticəsində 396 abonenti olan Pərioğullar kəndində 4 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 km-a yaxın 10 kV-luq, 28 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.
Ağcabədinin Hacıbədəlli kəndində də yenilənmə işləri davam etdirilir. 843 abonenti olan kənd ərazisində 9 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 22 km-a yaxın 10 kV-luq, 32 km-dan artıq 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Pərioğullar və Hacıbədəlli kəndində işlərin yekunlaşması ilə 1300-ə yaxın abonent keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz ediləcək. Qeyd edək ki, investisiya layihəsinin birinci mərhələsində Ağcabədinin Mehrablı, Ağabəyli, Cəfərbəyli, Şənlik və Qaradolaq kəndlərinin elektrik şəbəkəsi yenidən qurulub.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 19 Fevral 2026
- “Azərişıq” ASC cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir 21 Yanvar 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 Fevral 2026