Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 2 sentyabr tarixində təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Xırdalan şəhəri Əhməd Cavad, Tofiq Bayramov, Vəli Axundov küçələri, Heydər Əliyev prospektinin bir hissəsi, saat 10:00-dan 14:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Həzi Aslanov, Hüseyn Arif küçələri, Qobu qəsəbəsi Kərpic zavodun ətrafında yerləşən yaşayış yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-bərpa işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib 25 Fevral 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Fevral 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- Lənkəranın bu ərazilərində fasilə yaranacaq 06 Mart 2026