“Azərişıq” ASC rəhbərinin sərəncamı ilə xüsusi işçi qrupu yaradılıb və təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində növbətçilik əsasında əməkdaşlar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmiyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Təmas xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və böyük həcmdə əlavə mal-material göndərilib. Məqsəd ən çətin məqamlarda belə vətəndaşlarımızı fasiləsiz və dayanıqlı şəkildə elektrik enerjisi ilə təmin etməkdir. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır.
Tovuzun Ağdam kəndinə erməni silahlı qüvvələri tərəfindən atılan mərmilər bəzi yerlərdə elektrik enerjisi xətlərinin zədələnməsinə səbəb olub. Və ərazidə olan “Azərişıq” ASC əməkdaşları operativ şəkildə elektrik xətlərini təmir edib. Hazırda kəndin elektrik enerjisi ilə təminatında heç bir problem yoxdur.
“Azərişıq” ASC əməkdaşları ön cəbhədə düşmənə sarsıdıcı zərbələr endirən qəhrəman əsgərlərimizlə çiyin-çiyinə dayanmaqdan qürur duyur!
Digər xəbərlər
- “Azərişıq” ASC Saray və Yaşmada yenidənqurma işlərini davam etdirir. 15 Sentyabr 2023
- “AzərEnerji” və “Azərişıq” “Zəfər işığı” adlı geniş tədbir keçirib. 07 Noyabr 2023
- Heydər Əliyev Fondu, “AzərEnerji” ASC və “Azərişıq” ASC-nin dəstəyi ilə Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşüb 11 Fevral 2023
- “Azərişıq” ASC daim sərhədçilərimizin yanındadır. 23 Aprel 2023
- Hadrutda “Azərişıq” ASC-nin nümayəndə heyəti 2023-cü ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələri ilə görüş keçirib 25 İyul 2023