Son günlər sosial şəbəkələrdə “Azərişıq” ASC-nin adından saxta elanlar paylaşılır. Bu elanlar “Azərişıq” ASC tərəfindən yayılmayıb.
Cəmiyyətdə çaşqınlıq yaradan bu elanlar həqiqəti əks etdirmir.
Bakı şəhəri Nizami və Yasamal rayonları ərazilərində - “Abonentlərin nəzərinə xəbərdarlıq – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” məzmunlu elanlara rast gəlinib.
Ünvanı məlum olmayan bu elanların “Azərişıq” ASC-yə heç bir aidiyyatı yoxdur. Bu elanlar həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- “Azərişıq” ASC Şahdağ istiqamətində xətləri yeniləyir 17 Fevral 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 09 Yanvar 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 12 Yanvar 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Xankəndində sahibkarlarla görüş keçirib 06 Fevral 2026