
Fevralın 21-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şamaxıda vətəndaşları qəbul edib. Qəbulda Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Əhalinin müraciətlərini dinləyən V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar strukturlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.
Məlumata görə qəbula yazılanların əksəriyyəti Şamaxı və Qobustan kəndlərində elektrik şəbəkəsinin yenidən qurulması üçün son zamanlar “Azərişıq” ASC tərəfindən görülən işlərə görə minnətdarlıq ifadə ediblər. Sakinlər bildiriblər ki, Prezident İlham Əliyevin bölgələrdə elektrik enerjisi təchizatını Bakının səviyyəsinə qaldırmaq barədə verdiyi göstərişin yerinə yetirilməsinin nəticələrini artıq Şamaxı və Qobustan kəndlərinin sakinləri görməkdədir. Onlar evlərinin elektrik enerjisi ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə görə ölkə başçısına minnətdarlıqlarını çatdırıblar.
Qəbulda vətəndaşların əlavə araşdırma tələb edən müraciətləri də nəzarətə götürülüb, onların operativ həlli üçün müvafiq struktur bölmələrə yönəldilib. “Azərişıq” ASC-nin fəaliyyətinə aid olmayan müraciətlər isə qeydə alınıb, onların aidiyyatı üzrə göndəriləcəyi bildirilib.
Digər xəbərlər
- "Azərişıq" ASC-nin əməkdaşları və rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib 10 May 2025
- Sulutəpə və Xocəsən qəsəbələrində yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq 06 Aprel 2025
- Biləcəri ETSİ-də 81 saylı yarımstansiyada yeni yuvanın quraşdırılması ilə əlaqədər elektrik enerjisinin verilişində fasilələr yaranacaq 10 Yanvar 2025
- Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə mövcud imkanların ictimaiyyətə çatdırılması 08 May 2025
- “Azərişıq” ASC Kəlbəcər və Laçında yenidənqurma işlərini davam etdirir 16 Yanvar 2025