"Azərişıq" ASC 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. “Azərişıq” ASC seçki günü bütün seçki məntəqələrini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edəcək.
Artıq bununla əlaqədar bütün texniki tədbirlər görülüb, əlavə maşın-mexanizmlər, mal-materiallar ayrılıb.
Bütün seçki məntəqələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün əlaqədar yarımstansiyalar və Transformator Məntəqələrində 24 saatlıq növbətçilik sistemi yaradılıb. Həmçininş, seçki gününə planlaşdırılmış yenidənqurma, təmir-bərpa işləri dayandırılacaq.
“Azərışıq” ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı mərkəzi mövcuddur. İstehlakçılarımızdan xahiş olunur ki, qarşılaşdıqları qəza və kəsinti halları ilə əlaqədar Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.
Digər xəbərlər
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 02 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 09 Fevral 2026
- “SİMA” yeni nəsil rəqəmsal imzanın tətbiqi, istehlakçıların elektrik şəbəkəsinə qoşulma prosesinə təsiri 16 Mart 2026
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026