"Azərişıq" ASC gözlənilən küləkli hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.
Bununla bağlı səhmdar cəmiyyətin rəhbərliyi xüsusi göstəriş verib.
Göstərişə əsasən bütün ölkə üzrə şəbəkə rəisləri və Texniki Departamentin əməkdaşlarının iştirakı ilə növbətçilik müəyyən edilib.
Hazırda "Azərişıq"ASC rəhbərliyi başda olmaqla Bakı şəhəri və regionlarda olan Texniki Departamentlərin, həmçinin qəza xidmətinin əməkdaşları iş başındadır. Baş verə biləcək qəza hallarının qarşısını operativ surətdə almaq məqsədilə əlavə material, maşın-mexanizmlər ayrılaraq Bakı şəhərinin ətraf kənd-qəsəblərinə və regionlara göndərilib.
İstehlakçılar baş verən kəsintilərlə bağlı "Azərişıq" ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə məlumat verə bilərlər.
Digər xəbərlər
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 05 Mart 2026
- Biləsuvar, Lənkəran və Yardımlının bu ərazilərində fasilə yaranacaq 09 Aprel 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 23 Aprel 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 15 Aprel 2026
- Xırdalanın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026