“Azərişıq” ASC-nin əsas missiyası ölkəmizi fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir. Bu prinsipləri əldə rəhbər tutaraq, “Azərişıq” ASC genişmiqyaslı yenidənqurma və təmir işlərini bu gün də həyata keçirir. İstismar müddəti bitmiş və sıradan çıxmış avadanlıqlar texniki baxımdan daha müasir, güclü və keyfiyyətliləri ilə əvəz olunur. Əlavə olaraq yeni yarımstansiyalar tikilir, Komplekt Transformator Məntəqələri quraşdırılır, yeni kabel xətləri çəkilməklə yanaşı, sıradan çıxmış kabel xətləri yeniləri ilə əvəz edilir. İnkişaf etməkdə olan Azərbaycanın qabaqcıl ölkələr sırasında olması və əhalinin rifah halının yaxşılaşdırılması əsas məqsədimizdir!.