"Azərişıq" ASC Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə mediatur təşkil edib.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildrib ki, təmsil etdiyi qurum işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirləri davam etdirir:
"Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq səhmdar ASC “Azərişıq Qarabağda” layihəsi çərçivəsində Suqovuşan ərazisində işləri yekunlaşdırıb.
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kv-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib.
Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq xətt izolyasiyalı kabellə çəkilib.
Ətraflı: https://az.trend.az/
Video: https://cutt.ly/NndLwvx
Digər xəbərlər
- “Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir 08 İyun 2026
- Sabunçu rayonunun bu ərazilərində fasilə yaranacaq 31 Mart 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 04 İyun 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026