Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 300 dəfədən çox müxtəlif gərginlikli xətlər vurulub, həmçinin 250-dən çox transformator və 800-dək dayaq yararsız hala düşüb.
Yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı “Azərişıq” ASC əməkdaşlarının fədakar əməyi sayəsində uğurla icra olunur. Təmas xəttinə yaxın yaşayış məntəqələrində 24 saat fasiləsiz xidmət göstərən “Azərişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.
Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır.
Onu da qeyd edək ki, cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq “Azərişıq” ASC-də ilk gündən etibarən Xüsusi Qərargah yaradılıb. Təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində “Azərişıq” ASC əməkdaşları 24 saat növbətçilik əsasında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır.
Youtube linki: https://bit.ly/3nnHVfc
Digər xəbərlər
- “Azərişıq” ASC güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün fasiləsiz çalışır 27 Fevral 2026
- Biləsuvar və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 05 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 16 Aprel 2026
- Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə fasilə yaranacaq 03 Mart 2026
- Şimal-Qərb regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 13 Yanvar 2026