Yanvarın 8-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində təmir işi aparılacaq. Bununla əlaqədar olaraq saat 11:30-dan saat 14:00-dək Xırdalan şəhəri Nizami, Şıxəli Qurbanov, Sarı Aşıq küçələrində, Kənd Narlıq ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Lənkəranın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 05 May 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 İyun 2026
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 17 Fevral 2026
- KOBİA-nın Ağsuda təşkil etdiyi tədbirdə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib 22 Yanvar 2026