Aprelin 23-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6 kV-luq elektrik xətlərində təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 10:30-dan 15:30-dək Xırdalan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Həmçinin Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 35/6 kV-luq 492 saylı yarımstansiyada avadanlıqların əsaslı təmiri və profilaktik sınaq laboratoriya işləri həyata keçiriləcək. Beləliklə, saat 13:00-dan 16:00-dək Maştağa və Ramana qəsəbələrinin bir hissəsində, eləcə də Daş karxanası yaşayış massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir-təftiş işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.q.
Digər xəbərlər
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 17 Yanvar 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 15 Aprel 2026
- Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektronlaşdırılması, prosesin sadələşdirilməsi yolunda mühüm addımdır 10 Fevral 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 10 Yanvar 2026
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026