İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması, müasir texnologiyaların paylayıcı şəbəkədə tətbiqi “Azərişıq” ASC-nin qarşıya qoyulmuş əsas hədəflərindəndir. Abonentlər tərəfindən istehlak edilən elektrik enerjisi dəyərinin vaxtında və tam yığımı, enerji itkilərinin azaldılması, debitor borcların yığılması və enerji səmərəliliyinin artırılması Səhmdar Cəmiyyətin fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir.
Debitor borcların azaldılması istiqamətində müasir texnologiyalar olaraq sms-smart sayğacların quraşdırılmasını göstərmək olar. Belə sayğacların tətbiqi zamanı qanunsuz qoşulmaların və kənar müdaxilələrin aşkarlanması xeyli asanlaşır. Ən başlıcası isə istehlakçı karta yüklədiyi vəsait miqdarında elektrik enerjisi alır və əgər onun borcu mövcuddursa, vəsaitin bir hissəsinin həmin borcun ödənilməsinə imkan yaradılır. Bu tip sayğacların quraşdırılması işi Səhmdar Cəmiyyət tərəfindən ardıcıl aparılır və eyni zamanda enerji itkilərinin azaldılmasına müsbət təsir göstərir.
Debitor borcların yığılması, rəqəmsal şəbəkələrdə elektrik təchizatının səmərəliliyinin, etibarlılığının və keyfiyyətinin yaxşılaşdırılması məqsədilə paylayıcı şəbəkənin monitorinqi və idarə olunması vacibdir. Rəqəmsal şəbəkə texnologiyaları və vasitələri paylayıcı şəbəkələrin optimallaşdırılması işlərini növbəti, yüksək mərhələyə keçirmək üçün yeni imkanlar yaradır.
Növbəti illər ərzində istismar müddətini bitirmiş sayğacların yeni, müasir sayğaclarla əvəz olunması, quraşdırılan sayğaclar arasında smart sayğacların faiz nisbətinin artırılması, debitor borcların yığılması istiqamətində Cəmiyyət üçün daha böyük hədəflər əldə edilməsinə şərait yaradacaqdır.
Smart sayğacların üstünlükləri barədə Səhmdar Cəmiyyət tərəfindən istehlakçılar arasında davamlı olaraq maarifləndirmə işləri aparılır.
Digər xəbərlər
- “Azərişıq” ASC əməyin mühafizəsinə dair maarifləndirici tədbir keçirib 28 Fevral 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində tədbirlər mütəmadi həyata keçirilir 05 Fevral 2026
- Bakı və Goranboyda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 29 İyul 2026
- Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq 21 İyun 2026
- "Azərişıq” ASC və Dövlət Məşğulluq Agentliyinin birgə layihəsi çərçivəsində işsiz və işaxtaran şəxslər enerji sektorunda yeni iş imkanları əldə ediblər 08 İyul 2026