İyulun 17-də Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) iməclik işləri aparılacaq. Bununla əlaqədar saat 09:00-dan 13:00-dək Heydər Əliyev prospekti və Oruc Əliyev küçəsində yerləşən 7 mərtəbəli yaşayış binalarında fasilələrlə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə 6 kV-luq yeni elektrik xətlərinin yenilənməsi ilə əlaqədar saat 09:30-dan 12:00-dək Baş Dövlət Yol Polisi İdarəsinin ətraf əraziləri, Məmmədoğulları, Məmməd Səid Ordubadi, Zəngəzur küçələri və yeni yaşayış massivində fasilə olacaq.
Həmin tarixdə Yasamal RETSİ ərazisində TM-də həyata keçiriləcək təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Xıdır Mustafayev, Abbas Mirzə Şərifzadə, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Nəriman Nərimanov, Tağı Şahbazi küçələri, İnşaatçılar prospektinin bir hissəsini əhatə edəcək.
Həmçinin Nizami RETSİ-nə daxil olan TM-də görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Keşlə qəsəbəsi Birinci köndələn küçəsi gərginliksiz qalacaq.
Abşeron RETSİ ərazisindəki 35/10/6 kV-luq "Nübar" yarımstansiyasında təmir işləri icra olunacaq. Beləliklə, saat 10:00-dan 17:00-dək Aşağı Güzdək və Atyalı yaşayış məntəqələrinin bəzi hissələrində enerjinin verilişində fasilə olacaq. Həmçinin 35/6 kV-luq "Pirəkəşkül" yarımstansiyasında aparılacaq təmir işləri zamanı saat 11:00-dan 15:00-dək Pirəkəşkül kəndi və 28 may qəsəbəsinin bir hissəsində enerjinin verilişində məhdudiyyət yaranacaq.
Elektrik şəbəkəsində aparılacaq cari təmir işləri ilə əlaqədar Səbail RETSİ-nə daxil olan Bünyad Sərdərov küçəsində də saat 11:00-dan 12:00-dək enerjinin verilişi dayandırılacaq.
Maştağa ETSİ-nə daxil olan 35/6 kV-luq 461 saylı və "Bilgəh" yarımstansiyalarında təmir işləri görüləcək. Planlı fasilə saat 10:30-dan 12:30-dək və 13:30-dan 15:30-dək Kürdəxanı və Bilgəh qəsəbələrinin bir hissəsini əhatə edəcək.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Digər xəbərlər
- Ağıllı (smart) sayğacların tətbiqi elektrik enerjisi itkilərinin azaldılması istiqamətində mühüm addımlardan biridir 22 İyun 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- "Azərişıq" ASC ilk dəfə “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramını Qəbələdə təşkil edib 16 May 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib 24 Aprel 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 Fevral 2026