Sentyabrın 29-da bir sıra rayonlarda 10 kV-luq bir sıra hava xətlərində yenidənqurma, təmir və xətlərə toxunan ağacların budanması işləri aparılacaq.
Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 10 kV-luq "Maşad" və "Malay" hava xətlərində təmir işləri görüləcək. Bununla əlaqədar saat 10:00-dan 14:00-dək Binələr, Davudlu, Gürcüva, Malay, Maşad kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli məhdudiyyət tətbiq olunacaq.
Goranboy EŞ-yə daxil olan İrəvanlı və Kəpənəkçi kəndlərində saat 10:00-dan 14:00-dək 10 kV-luq "Ferma" hava xəttini daşıyan dayaqlardan birinin yenilənməsi ilə əlaqədar enerjinin verilişində fasilə yaranacaq.
Həmçinin 10 kV-luq "Qızılhacılı" hava xəttinə toxunan ağacların budanması işləri həyata keçirilərkən planlı fasilə saat 11:00-dan 15:00-dək Goranboyun Balakürd kəndini və Qızılhacılı qəsəbəsini əhatə edəcək.
Yevlax EŞ ərazisində 10 kV-luq "POS" hava xəttində təmir işləri yerinə yetiriləcək. Şəhər ərazisində yerləşən 31-ci məhəllə, Ceyhun Mustafayev, Elbrus Məmmədov, Rəşad Budaqov, Üzeyir Hacıbəyov küçələri və Nizami Gəncəvi prospektinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Eyni zamanda 10 kV-luq "Nasos" hava xəttində həyata keçiriləcək təmir işləri zamanı rayonun Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərində eyni saatlarda enerjinin verilişi məhdudlaşdırılacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 13 Sentyabr 2026
- Yasamal və Qaradağın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 22 Sentyabr 2026
- Bakı, Göyçay və Yevlaxın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 06 Sentyabr 2026
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər “Azərişıq” ASC -nin əsas hədəflərindən biridir 21 Yanvar 2026
- Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 26 İyul 2026