Elektrik enerjisi istehlakçılarından debitor borcların yığılması istehlak olunan elektrik enerjisinə görə müvafiq dövrü əhatə edən ödənişlərin alınması prosesindən ibarətdir. Bu proses elektrik enerjisi təchizatçıları üçün pul vəsaitlərinin hərəkətini təmin etmək, əməliyyat xərclərini ödəmək, elektrik enerjisi verilişini davamlılığını və dayanıqlığını təmin etmək üçün vacibdir.
Elektrik enerjisi istehlakçıları aylıq istifadə etdikləri enerji sərfiyyatına görə müvafiq ödənişlər həyata keçirirlər. İstehlakçılara təqdim olunan məlumatlarda aylıq istehlak edilmiş elektrik enerjisinin miqdarı, tətbiq olunan tariflər, hər hansı əlavə ödənişlər və ödəmə tarixi ətraflı təsvir olunur.
“Azərişıq” ASC ödənişlərin vaxtında həyata keçirilməsi prosesini asanlaşdırmaq məqsədilə istehlakçılara müxtəlif ödəniş variantları təklif edir. Belə ki, istehlakçılar Cəmiyyətin mobil tətbiqi vasitəsilə onlayn, bank köçürmələri, icazə verilən yerlərdə nağd pulla ödəniş edə bilərlər. İstehlak olunan elektrik enerjisinin dəyərinin son tarixə qədər ödənilmədiyi hallarda, Cəmiyyət tərəfindən istehlakçılara xatırlatma bildirişi və xəbərdarlıq təqdim edilir.
Debitor borclarının yığılması istehlakçıları kəsintisiz və davamlı elektrik enerjisi ilə təchizatının etibarlılığı üçün mühüm əhəmiyyət kəsb edir.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin rəqəmsal xidmətləri “mygov” platformasına inteqrasiya edilir 14 Sentyabr 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Mart 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 Yanvar 2026
- 11 illik etibarlı və keyfiyyətli xidmətin bəhrəsi – “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurda elektrik şəbəkələrini yeniləyir 10 Fevral 2026
- Təmir və yenidənqurma işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 06 Oktyabr 2026