Oktyabrın 7-də bir sıra rayonlarda 10 kV-luq hava elektrik verilişi xətlərində təmir və yenidənqurma, eləcə də xətlərə toxunan ağacların budanması işləri aparılacaq.


Ağdərə Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 10 kV-luq bir neçə hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 17:00-dək rayonun bir sıra yaşayış məntəqələrində, eləcə də Aşağı Oratağ, Yuxarı Oratağ kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.


Goranboy EŞ-yə daxil olan 10 kV-luq "Yolqulular" hava xəttində yenidənqurma işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 11:00-dan 16:00-dək Yolqulular kəndini əhatə edəcək.


Göyçayın Alıkənd, Çərəkə, Hüngütlü, Xəlitli, Qaraxıdır, Qaraman, Ləkçılpaq, Mallı Şıxlı, Mırtı, Yalman, Yeniarx kəndlərinin bir hissəsində bəzi 10 kV-luq hava xətlərinə toxunan ağacların budanması və Komplekt Transformator Məntəqələrində (KTM) yerinə yetiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.


Yevlaxda 10 kV-luq "Nasos" hava xəttində təmir işləri icra olunacaq. Bu zaman Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərində saat 10:00-dan 15:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.


Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.